Rusiyada XIV əsrə aid qəsr satışa çıxarılıb - FOTO

20.07.2018 16:54

Rusiyanın Kalininqrad vilayətində XIV əsrə aid qəsr satışa çıxarılıb.

Müsabiqədə iştirak ərizəsi avqustun 20-dək qəbul olunur. Obyektin ilkin dəyəri 9,7 milyon rubl təşkil edir.

Baqrationovsk şəhərində yerləşən, dayaq məntəqəsi kimi inşa olunan Preysiş-Eylau qəsri 2017-2019-cu illərdə regional özəlləşdirmə planına daxil edilib.

Tarixi tikili II Dünya müharibəsində elə də ciddi zərər çəkməyib, qəsrin yaşayış hissəsi 1960-cı illərin əvvəlinədək istismarda olub.

© xezerxeber.az


158 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR