Beynəlxalq Muzeylər Şurası Azərbaycanın işğal altındakı muzeylərinin vəziyyətini araşdıra bilər

01.07.2018 14:05

Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycanın işğal altında olan muzeylərinin vəziyyəti ilə bağlı araşdırma apara bilər.
Bu barədə ICOM-un prezidenti Suay Aksoy APA-nın Gürcüstan bürosuna açıqlamasında deyib.
O bildirib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanın işğal altındakı muzeylərinin hazırkı durumunu görməzdən gələ bilməz: "ICOM beynəlxalq səviyyəli qeyri-hökumət təşkilatıdır və dünyadakı bütün muzeyləri əhatə edir. Azərbaycan tərəfdən işğal altındakı ərazilərdəki muzeylərlə bağlı müraciət daxil olarsa, ICOM bu istiqamətdə iş apara bilər".
Qeyd edək ki, 1946-cı ildə yaradılmış ICOM-un 137 ölkədən 37 mindən çox üzvü, Azərbaycan və Ermənistan da daxil olmaqla 115 milli və 30 beynəlxalq komitəsi var.
Azərbaycanın işğal altında olan ərazilərində 13 dünya və 292 ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri ilə yanaşı 40 mindən artıq əşyanın toplandığı 22 muzey qalıb.

© xezerxeber.az


346 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR