Milli Qəhrəmanın şəxsi materialları muzeyə verilib

27.06.2018 16:19

Azərbaycanın Milli Qəhrəmanı Eldar Xəlilovun şəxsi materialları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə verilib.

Muzeydən bildiriblər ki, həmin materiallar arasında Eldar Xəlilovun hərbi geyimləri, cib kitabçası, üzüyü və digər şəxsi əşyaları, eləcə də Milli Qəhrəman haqqında nəşr edilmiş kitablar var.

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı göstərdiyi qəhrəmanlıq və şücaətinə görə Eldar Xəlilov (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

© xezerxeber.az

FOTOQALERIYA






422 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR