Şahzadə Abbas Mirzə Qacara məxsus qılınc - FOTO

21.06.2018 17:11

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək "Ordum varsa, yurdum var!” sərgisində şahzadə Abbas Mirzə Qacara (1789-1833) məxsusluğu ehtimal olunan qılınc nümayiş etdiriləcək.

Muzeydən bildirilib ki, hələ 2017-ci ildə qılıncın hazırkı sahibi Yusif Bağırzadə qılıncın istehsal dövrünün müəyyənləşdirilməsi ilə bağlı müraciət edib. Muzeyin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov qılıncın strukturunu və xüsusiyyətlərini nəzərə alaraq onun XIX əsrin əvvəllərinə aid parad silahı olmasını müəyyən edib. Muzey əməkdaşının tövsiyəsi ilə Y.Bağırzadə eksponatın dəqiq və hərtərəfli ekspertizası üçün Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajına müraciət edib. Rusiyanın Silah Ekspertləri Milli Assosiasiyası mütəxəssislərinin verdiyi geniş və əhatəli rəydə qılıncın yerli Azərbaycan istehsalı olması qeyd edilib. Dövlət Ermitajında qorunan iki analoji qılıncla tutuşdurulma aparılıb ki, onlardan birinin üzərində hicri 1225-ci il (1809/10-cu il) yazılıb. Digərinin isə 1827-ci ildə general İ.F.Paskeviç tərəfindən şahzadə Abbas Mirzənin Təbrizdəki sarayından götürülməsi dəqiq məlumdur.

Qılıncın üzərində "Bənde-i şah-i vilayəti Abbas” ("Vəlilik şahının qulu olan Abbas”) yazısı oxunub. Qılıncın forma, düzəldilmə texnikası, naxışların təhlili, mövcud eksponatlarla tutuşdurulması, üzərindəki yazı onun 1809/10-cu ildə Azərbaycanda şahzadə Abbas Mirzə Qacar üçün düzəldilməsini ehtimal etməyə əsas verir.

© xezerxeber.az

FOTOQALERIYA






549 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR