Kann kino festivalı başa çatıb

20.05.2018 15:25

71-ci Kann festivallı başa çatıb. Keiti Blançetin rəhbərlik etdiyi münsiflər heyəti "Qızıl Palma budağı” mükafatını "Ailə məsələsi” filminə görə yaponiyalı Hirokazu Koreedaya təqdim edib.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, festivalın Qran Prisinə ameriaklı Spaik Linin "BlacKkKlansman” filmi layiq görülüb. "Xüsusi Qızıl Palma budağı” mükafatı fransız rejissor Jak–Lük Qodara "Şəkil kitabı” filminə görə verilib.

Polşalı kino resjissor Pavel Pavlikovskinin "Soyuq müharibə” filmi quruluş tərtibatına görə mükafata layiq görülüb. "Ən yaxşı Qadın” və "Ən yaxşı kişi” nominasiyaları Samal Yeslyamova və Marselo Fonteyə təqdim edilib.

"Ən yaxşı ssenari” nominasiyası üzrə mükafatlar Nadin Labakiyə, Cafar Panahiyə və Alis Rohrvaçerə verilib. Qısa metrajlı film "Qızıl Palma budağı” mükafatına Şarl Vilyamın "Bütün bu məxluqlar” filmi layiq görülüb.

© xezerxeber.az


218 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR