“Şərəfli ad” filmi təqdim olunub

04.05.2018 12:11

Nizami Kino Mərkəzində Aprel döyüşlərinin qəhrəmanlarından biri – şəhid Murad Məmmədovun həyat və döyüş yolundan bəhs edən "Şərəfli ad” sənədli filminin təqdimatı keçirilib.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, jurnalist Vüqar Əsgərovun ssenarisi, rejissor Zamin Məmmədovun quruluşu əsasında ekranlaşdırılmış filmin təqdimat mərasimində şəhid Murad Məmmədovun ailə üzvləri, döyüş yoldaşları, Qarabağ savaşının veteranları, media təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Vüqar Əsgərov filmin ərsəyə gəlməsindən, şəhidin haqqında məlumatların toplanılmasından, Sumqayıtda, Biləsuvarda, Cəlilabadda aparılan çəkilişlərdən danışıb.

Sonra şəhidin qardaşı, hərbçi Rahim Məmmədov onunla bağlı xatirələrini bölüşüb.

Filmin təqdimatının sonunda şəhidin atası Vaqif Məmmədov tədbir iştirakçılarına və bu filmin hazırlanmasında əməyi olan hər kəsə təşəkkür edib.

Digər çıxışçılar da filmin əhəmiyyətindən danışaraq onun vətənpərvərlik ruhunun inkişafında xüsusi rol oynayacağını qeyd ediblər.

© xezerxeber.az


152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR