SSRİ-nin məşhur opera müğənnisi vəfat etdi

01.05.2018 10:27

SSRİ xalq artisti, Türkmənistanın tarixində ilk dəfə Avropa opera partiyalarının ifaçısı Maya Quliyeva 98 yaşında Aşqabadda vəfat edib.

Müğənni ötən gün axşam saatlarında yaşadığı mənzildə dünyasını dəyişib.

Maya Quliyeva 1941-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Həmin ildən Türkmənistanın Mahtumqulu adına opera və balet teatrında işləyib.

1955-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülüb.

2008-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov tərəfindən Altyn Aу qızıl medalına layiq görülüb. (Trend)

© xezerxeber.az


383 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR