Azərbaycanda qəbir abidəsində qızıldan hazırlanmış bəzək əşyaları aşkarlanıb - FOTO

18.04.2018 12:07

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun direktorunun elmi işlər üzrə müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli Gəncə-Qazax bölgəsində ekspedisiyada olub.

İnstitutdan xezerxeber.az-a bildiriblər ki, Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında orta əsrlərə, son tunc-erkən dəmir dövrünə aid bir sıra abidələrin vəziyyəti yoxlanılıb, yerüstü materiallar əsasında həmin arxeoloji abidələrin səciyyəsi müəyyənləşdirilib. Bir sıra abidələrdə təbii və süni müdaxilələr nəticəsində dağıntıların baş verdiyi qeydə alınıb.

Təbii və antropogen təsirlər nəticəsində dağıntıya məruz qalmış qədim qəbir abidələrinin birində qızıldan və tuncdan hazırlanmış bəzək əşyaları aşkarlanıb. Bunlar olduqca yüksək ustalıqla düzəldilmiş bir cüt sırğa, üzük, armudvarı və boruşəkilli muncuqlar və asma bəzək əşyalarıdır. Üzüyün qaşı və üstü, asma bəzəklər minerallarla bəzədilib. Həmin bəzək nümunələrini erkən dəmir dövrünə - eramızdan əvvəl I minilliyin birinci yarısına aid etmək olar. Bu tapıntılar hələ 2700-3000 il bundan əvvəl Azərbaycanda qızıl metallurgiyasının yüksək inkişaf etdiyini sübut edir.

© xezerxeber.az

FOTOQALERIYA






100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR