"Azərbaycan parlamentarizmi tarixi - 100" kitabı nəşr olunub

16.04.2018 15:38

Azərbaycanın parlamentarizm tarixinə daha bir töhvə verilib. Tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahovun müəllifliyi ilə "Azərbaycan parlamentarizmi tarixi - 100" kitabı nəşr olunub.

Kitabda tarixi Azərbaycan ərazilərinin Qacarlar və çar Rusiyası arasında ikiyə parçalanmasından sonra Azərbaycan aydınlarının müstəqillik uğrunda apardıqları mübarizələrin mərhələləri, 1917-ci ildə çar Rusiyasının dağılmasından sonra Azərbaycanda ilk respublika quruluşunun, Xalq Cümhuriyyətinin yaradılması və AXC-nin parlamentinin formalaşdırılması uğrunda aparılan çətin mübarizə, parlamentli respublika sisteminin əsasının qoyulması, AXC parlamentinin çıxardığı qanun və qərarlar, eləcə də 1920-ci il aprelin 28-də AXC-nin işğalından sonra Azərbaycan SSR qanunvericilik orqanlarının formal müstəqilliyi, Azərbaycan parlamentarizm tarixində Müvəqqəti İnqilab Komitəsi, Ümumazərbaycan Sovetlər qurultayları, Mərkəzi İcraiyyə Komitəsi, Azərbaycan SSR Ali Sovetinin fəaliyyəti, çıxardığı qanun və qərarlar arxiv sənədləri, dövrü mətbuat və tarixi ədəbiyyat əsasında tədqiq edilib.

© xezerxeber.az

FOTOQALERIYA






527 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR