Dünya şöhrətli rejissor Miloş Forman ölüb

14.04.2018 12:41

Dünya şöhrətli rejissor, Oskar mükafatı laureatı Miloş Forman ölüb.

Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Çexiya mətbuatı xəbər yayıb. Onun ölüm səbəbi açıqlanmır.
M. Forman 1932-ci ildə anadan olub. Sovet qoşunlarının Çexoslovakiyaya müdaxiləsindən sonra Fransaya mühacirət edib. Daha sonra isə ABŞ-a köçüb. M. Forman Praqa İncəsənət Akademiyasının kino fakültəsinin məzunudur. 1950-ci illərin ortalarında həm ssenarist kimi işləyib, həm də məşhur "Laterna Maqika”da ilk proqramların hazırlanmasında iştirak edib. 1963-ci ildə "Müsabiqə” adlı sənədli filmi ilə kino sənətində debüt edib.
Məşhur rejissor "Ququ quşu yuvası üzərindən uçarkən”, "Amadey”, "Ayda adam”, "İnamı qoruyun”, "Xalq Lerri Flintə qarşı” və s. filmlərin müəllifidir.

© xezerxeber.az


506 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR