Rasim Balayev əməliyyat olunub

15.03.2018 11:44

Xalq artisti, məşhur aktyor Rasim Balayev əməliyyat olunub. Bu barədə APA-ya aktyor özü məlumat verib.
Onun sözlərinə görə, əməliyyat martın 14-də Mərkəzi Gömrük Hospitalında olub:
"Elə ciddi problem deyil, narahat olmağa dəyməz. Dünən həkimlər cərrahi müdaxilə etdilər, indi yaxşıyam. Kiçik uroloji problemdir. Hələlik xəstəxanadayam. Sabah bir də müayinə olunacam, həy şey qaydasında olsa, evə buraxacaqlar”.

© xezerxeber.az


204 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR