Oleq Tabakov vəfat edib

12.03.2018 17:45

Rusiyanın məşhur kino aktyoru, keçmiş SSRİ-nin xalq artisti Oleq Tabakov vəfat edib.
APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, uzun müddətdir komada olan aktyor bu gün dünyasını dəyişib. O, ötən ilin noyabrından xəstəxanada müalicə olunurdu.
Oleq Tabakov 1935-ci ildə Saratovda doğulub. Orta məktəbi bitirdikdən sonra Moskva Bədii Teatrı nəzdindəki studiya-məktəbdə təhsil alıb. O, aktyorluqdan əlavə, rejissor və pedaqoq da olub. O. Tabakovun çəkildiyi əksər filmlər sovet kinematoqrafiyasının klassikasına çevrilib. Bu sırada "Baharın 17 anı", "Müharibə və sülh", "D'Artanyan və 3 muşketyor", "Oblomovun həyatından bir neçə gün" və digər filmləri qeyd etmək olar.
O. Tabakov Çexov adına Moskva Bədii Teatrının direktoru idi.

© xezerxeber.az


676 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR