Türk əsilli rejissorun filmi “Qızıl qlobus” mükafatına layiq görülüb

08.01.2018 14:25

Türk əsilli rejissor Fatih Akının filmi "Qızıl qlobus” mükafatına layiq görülüb.

Xezerxeber.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, rejissorun "İn The Fade” ("Paramparça”) filmi "Əcnəbi dildə ən yaxşı film" nominasiyasında qalib olub.

Almaniya və Fransanın birgə istehsalı olan filmin baş rolu Diane Kruger ifa edib. Aktrisa filmdəki ifasına görə ötən ilin may ayında Kann festivalında "Ən yaxşı aktrisa” mükafatını qazanıb.

Qeyd edək ki, ABŞ-ın Los-Anceles şəhərində 75-ci "Qızıl qlobus” mükafatının təqdimetmə mərasimi keçirilib.

© xezerxeber.az


354 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR