“Kurtlar vadisi” ekranlara qayıdır – “Polad Alemdar”dan AÇIQLAMA

28.12.2017 14:06

Türk televiziya tarixinin ən uzun və ən çox müzakirələrə səbəb olan, Azərbaycanda xeyli sayda izləyicisi olan " Kurtlar vadisi” serialı tezliklə ekranlara geri dönəcək.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Kurtlar vadisi” serialının baş qəhrəmanı Necati Şaşmaz (Polad Alemdar obrazı) yeni serial olacaq "Kurtlar vadisi Kaos”un 2018-ci ilin fevral ayında başlayacağını bildirib:

"Serialın ssenarisi artıq hazırdır. Fevraldan etibarən yayımlanacaq”.

Necati Şaşmaz hələ ki,serialın yayımlanacağı telekanalın adını deməsə də,tezliklə serialın anonsunun həmin telekanalda təqdim ediləcəyini bildirib.

© xezerxeber.az


866 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR