Bəzi vəzifəli şəxslər 29 min manatdan artıq üzvlük haqqını ödəmir - Memarlar İttifaqı

20.12.2017 12:51

"Memarlar İttifaqının maliyyə fəaliyyətində bəzi layihə təşkilatlarından müqavilə əsasında ödənişlərin tam ödənilməməsinə görə göstərilən dövrdə 95750 manat debitor borcları yaranıb. Hazırda ittifaqın 503 üzvü var. Bunlardan 105-i işləməyən təqaüdçü olduğuna görə üzvlük haqqından azad edilib. Təəssüflə bildirməliyik ki, ittifaqın bəzi üzvləri nizamnaməni pozaraq üzvlük haqqını uzun müddətdir ödəmirlər. Təəccüblüsü budur ki, onların arasında vəzifəli şəxslər də var. 1 yanvar 2017-ci il tarixinə Memarlar İttifaqının 76 üzvü, o cümlədən 8 işləyən təqaüdçü tərəfindən 2006-2016-cı illərdə 29387 manat üzvlük haqqı ödənilməyib”.

Bu Memarlar İttifaqının Təftiş komissiyasının 2013-2017-ci illər ərzində görülmüş işlər barədə rəyində öz əksini tapıb. Komissiyanın rəyində qeyd edilir ki, son illərdə Azərbaycan aparılan genişmiqyaslı quruculuq işləri şəhərsalma və memarlıq sahəsində də öz əksini tapıb: "Azərbaycan Memarlıq İttifaqı yaranmış maliyyə imkanlarından istifadə edərək fəaliyyətini xeyli genişləndirib. 2016-cı il ərzində ittifaqa 150 min manat ayrılıb və maliyyə yardımının edilməsi 2017-ci ildə də nəzərdə tutulub.

Qocaman memarlara 2013-2017-ci illər üzrə 61 min 050 manat maddi yardım göstərilib və göstərilir. Dövr ərzində dövlət hakimiyyəti orqanları ilə əməkdaşlıq və beynəlxalq memarlar təşkilatları ilə əlaqələr qurmaq istiqamətində, sərgilər və müsabiqələrdə memarlarımızın iştirak etməsində, istedadlı memarlarımızın yaradıcılıq gecələrinin keçirilməsində və onların fəaliyyətinin təbliğində, görkəmli memarlarımızın xatirələrini yaşatmaq istiqamətində müəyyən işlər görülüb. Memarlar İttifaqının fəaliyyətində "Memar” jurnalının dərc olunmasını xüsusi qeyd etmək istərdik. Memarlıq sənətinin inkişafında jurnalın əhəmiyyəti böyükdür”. (APA)

© xezerxeber.az


583 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR