Bakıda Höte İnstitutunun filialı açılıb - FOTO

07.12.2017 09:46

Bakıda keçirilən "SilkRoad” Beynəlxalq İncəsənət və Musiqi Festivalı çərçivəsində dekabrın 6-da "Kapelhaus” Alman-Azərbaycan Mərkəzində Höte İnstitutunun təntənəli açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbiri Höte İnstitutunun direktoru Alfons Huq və institutun Bakı filialının direktoru Zəhra Əliyeva açıblar. Onlar qeyd ediblər ki, Bakıda Höte İnstitutunun filialının açılması Azərbaycan-Almaniya mədəni əlaqələrinin möhkəmlənməsində böyük rol oynayacaq. Diqqətə çatdırılıb ki, Bakı filialında həm alman dili tədris olunacaq, həm də alman mədəniyyəti təbliğ ediləcək.

Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab bildirib ki, bu il Azərbaycanda Cənubi Qafqaza almanların köçürülməsinin və bu yerlərdə alman məskənlərinin yaradılmasının 200 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Höte İnstitutunun filialının açılışı belə tədbirlərdən biridir. Bu da iki ölkə arasında möhkəm dostluq və tərəfdaşlıq əlaqələrinin olduğunu növbəti dəfə təsdiq edir.

Tədbir Almaniyanın "LebiDerya” caz qrupunun konserti ilə davam edib.

© xezerxeber.az

FOTOQALERIYA






213 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR