Kastamonu şəhəri 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı oldu

05.12.2017 14:16

Türkiyənin Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib.

Bu barədə qərar Qazaxıstanda keçirilən TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısında qəbul edilib.

Qeyd edək ki, bundan öncə - yəni 2017-ci il türk dünyasının mədəniyyət paytaxtı Qazaxıstanın Türküstan şəhərim olub. TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı da hazırda burada öz işinə başlayıb.

Xatırladaq ki, 2016-cı il türk dünyasının mədəniyyət paytaxtı Azərbaycanın tarixi şəhəri Şəki olub.

© xezerxeber.az


229 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR