Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilir.
Mədəniyyət və Turizm Nazirliyindən xezerxeber.az-a bildirilib ki, toplantıda Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, nazirliyin rəsmiləri Yaşar Əliyev və Tamerlan Axundov iştirak edirlər.
İclasda TÜRKSOY-un 2017-ci il üzrə fəaliyyətinin yekunları, 2018-ci il üçün fəaliyyət proqramı, növbəti ildə TÜRKSOY təqvimində yer alması təklif edilən tarixi şəxsiyyətlər, habelə TÜRKSOY mədəniyyət paytaxtı elan olunacaq şəhərlər və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
Toplantı çərçivəsində "Türküstan-türk dünyasının mədəniyyət paytaxtı-2017” mədəniyyət ilinin bağlanış mərasimi də keçiriləcək.
© xezerxeber.azHindistanlılar və iranlılar toy etmək üçün Azərbaycanı seçir - VİDEO
Yeni metro qatarı sərnişinlərin istifadəsinə verilib - VİDEO
Sumqayıtda iki nəfərin axtarışına helikopter cəlb olundu - VİDEO
Yeni hökumətdə bəzi nazirlər və komitə sədrləri yer almayıb - SİYAHI
Prezident İlham Əliyev Əli Həsənov ilə bağlı sərəncam imzaladı
Müharibə BAŞLAYIR? - Ərazilərin qaytarılması üçün PLAN HAZIRLANDI
Prezident İlham Əliyev Əli Həsənov ilə bağlı sərəncam imzaladı
Bir ildə 22 insanı yedi - Ürəyi zəif olanlar baxmasın - VİDEO