Hind kinosunun əfsanəvi aktyoru vəfat edib

05.12.2017 11:47

Hind kinosunun əfsanəsi, rejissor Şaşi Kapur vəfat edib.

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, aktyor böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkib.

Ş.Kapur, ən məşhur Bollivud filmlərində müxtəlif obrazlar yaradıb. O, "Avara”, "Məhəbbət böyük qüvvədir”, "Siddihatra”, "Cənab Şekspir”, "Divar” və digər filmlərlə böyük uğur qazanıb.

Qeyd edək ki, aktyor 1938-ci il martın 18-də anadan olub. Karyerası 1941-1999-cu illəri əhatə edib.

© xezerxeber.az


521 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR