Özəl kinoteatrlarda hər gün Azərbaycan filmləri nümayiş olunacaq - YENİ QƏRAR

12.09.2017 12:05

Özəl kinoteatrların gündəlik repertuarlarında da Azərbaycan filmləri üçün seansların ayrılması nəzərdə tutulub.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin gənc kinematoqrafçılarla görüşündə deyib.

Gələn il milli kinomuzun 120 yaşının tamam olduğunu deyən nazir müavini bildirib ki, nNazir Əbülfəs Qarayevin əmrinə əsasən, 15 sentyabr tarixində ölkəmizdə kino mövsümü başlayacaq. Bakıda və ölkənin bütün rayonlarındakı Heydər Əliyev mərkəzlərində, mədəniyyət müəssisələrində müntəzəm şəkildə filmlər nümayiş olunacaq. Bu məqsədlə artıq 2402 müəssisə mövsümün açılışına hazırdır.

Ə.Vəliyev deyib ki, milli filmlərin hərbi hissələrdə, hərbi məktəblərdə, eləcə də təhsil və islah-əmək müəssisələrində mütəmadi nümayiş olunması nəzərdə tutulub. Bunun üçün müvafiq nazirliklər və dövlət strukturları ilə işgüzar əlaqələr yaradılıb.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR