Bakı
29 C
USD
EUR
1.7025
1.8579
RUB
GBP
0.0299
2.1950
XƏBƏR
ARXİVİ

Şamaxıda tarixi xəzinə tapıldı

11.09.2017 14:40

Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi arxeoloji xəzinə əldə edib.

Muzeydən bildirilib ki, dəfinəyə daxil olan numizmatik sikkələr bu qurumun Numizmatika və epiqrafika elmi fond şöbəsinə təhvil verilib. Sikkələr tanınmış numizmat alim, muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri Əli Rəcəbli tərəfindən tədqiq olunub. Alim daxil olan gümüş və mis sikkələrin XVII-XIX əsrləri əhatə etdiyini bildirib. Onun sözlərinə görə, dəfinə Şamaxıdan təsadüfi tapıntı nəticəsində əldə olunub. Xəzinənin əsas hissəsini təşkil edən gümüş sikkələri - Abbasilər, Səfəvilər və xanlıqlar dövründə zərb olunub.

Ə.Rəcəbli qeyd edib ki, Gəncə və Şamaxıda zərb olunan gümüş sikkələrin üzərində fars dilində "Ya sahibi-zaman”, "Ya Kərim” sözləri həkk olunub.

Muzeyin numizmatik kolleksiyasına daxil olan bu qiymətli metallar mühüm tarixi əhəmiyyət kəsb edir.

© xezerxeber.az


79 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR