Tanınmış rusiyalı skripka ifaçısı vəfat edib

30.08.2017 11:29

Rusiyanın Əməkdar Artisti, skripka ustası Dmitri Koqan 39 yaşında dünyasını dəyişib.

Xezerxeber.az məlumat verir ki, TASS informasiya agentliyinə istinadla xəbər verir ki, onun ölümünə onkoloji xəstəlik səbəb olub.

Qeyd edək ki, Dmitri Koqan 1978-ci ilin oktyabrın 27-də Moskvada məşhur musiqiçi ailəsində anadan olub. Onun babası Leonid Koqan skripkaçı, nənəsi Yelizaveta Qileles skripkaçı və pedaqoq, atası Pavel Koqan dirijor, anası Sevgi Kazinskaya pianoçu idi. O, ilk dəfə on yaşında Moskva Konservatoriyasının Böyük zalında simfonik orkestrdə çıxış edib.

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR