Kann kinofestivalının qalibi İsveçi “Oskar”da təmsil edəcək

25.08.2017 16:22

Kann kinofestivalının qalibi – Ruben Estlundun "Kvadrat” satirik filmi İsveçi "Oskar”da təmsil edəcək.

"Deadline” nəşri xəbər verir ki, məhz bu film "Xarici dildə ən yaxşı film” nominasiyasında qalib ola bilər.

2015-ci ildə Estlundun digər bir layihəsi olan "Fors-major” filmi "Oskar”a təqdim olunsa da heç bir nominasiya qazanmamışdı.

© xezerxeber.az


190 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR