Xızıda aşkarlanan məzarlıq islamdan öncəki dövrə aiddir

23.08.2017 17:03

"Xızı rayonunda aşkarlanan məzarlıqda arxeoloji qazıntılar aparılmalıdır".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev deyib.

Q.Ağayev bildirib ki, tikinti və ya qazıntı işlərini aparan hər hansı təşkilat arxeoloji materiallar aşkar edərsə AMEA-ya müraciət etməyə borcludur: "İnsan sümüklərinin aşkar olunduğu ərazilərdə arxeoloji qazıntılar aparılmalıdır. Həmin ərazilərdə aşkarlanan arxeoloji materillar tədqiq olunmalı və öyrənilməlidir. İlkin variantda deyə bilərəm ki, bu qəbirlər müsəlman qəbirləri deyil. Ona görə də güman edirəm ki, aşkarlanan sümüklər İslamdan əvvəlki dövrlərdə yaşayan insanlara məxsusdur. Qəbirlər daha qədim dövrə aiddir. Mütləq arxeologiya mütəxəssisləri əraziyə baxmalıdır və yerində ətraflı məlumat verilməlidir. Buna görə də AMEA-ya müraciət olunmalıdır ki, mütəxəssislər baxış keçirsinlər".

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR