Bakı
29 C
USD
EUR
1.7025
1.8579
RUB
GBP
0.0299
2.1950
XƏBƏR
ARXİVİ

Ağasadıq Gəraybəylinin 120 illik yubileyi keçiriləcək

12.07.2017 18:26

Prezident İlham Əliyev Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2017-ci ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Ağasadıq Ağəli oğlu Gəraybəylinin anadan olmasının 120 illiyi tamam olub.

Ağasadıq Gəraybəyli geniş yaradıcılıq diapazonuna malik böyük sənətkar kimi Azərbaycanın zəngin mədəniyyət salnaməsində özünəməxsus layiqli yer tutur. Onun milli dram teatrının səhnəsində və kinematoqrafiyada professionallıq baxımından son dərəcə müvəffəqiyyətlə canlandırdığı müxtəlif xarakterli obrazlar yüksək bədii təsir qüvvəsini qoruyub saxlamış dəyərli sənət nümunələridir.

Sərəncamda qeyd olunur ki, milli teatr və kino sənətinin inkişafına töhfələr vermiş görkəmli sənətkar Ağasadıq Gəraybəylinin 120 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR