Bakı
29 C
USD
EUR
1.7025
1.8579
RUB
GBP
0.0299
2.1950
XƏBƏR
ARXİVİ

Yardımlıda arxeoloji qazıntılara başlanılıb

12.07.2017 09:59

Yardımlı rayonu ərazisindəki tunc dövrü kurqanlarında arxeoloji qazıntılara başlanılıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Yardımlı arxeoloji ekspedisiyası” rayonun ucqar dağ kəndi olan Alar ərazisindəki tunc dövrü kurqanlarında arxeoloji tədqiqatlara başlayıb. Ekspedisiya qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin Trend-ə verdiyi məlumata görə, qazıntıları aparılan abidələr son tunc-ilk dəmir dövrünun daş qutu və kurqan tipli qəbirləridir:

"Biz bu abidələri 2014-cü ilin yayında qeydə almışdıq. Peştəsər silsiləsində, dəniz səviyyəsindən 2000 m yüksəklikdə yerləşən Sarıbulaq, Dərəkeçməz yaylaqlarında mövcud olan bu zəngin abidələr bizə 3000 illik qədim tariximizin mükəmməl dəfn adətlərini izləməyə imkan verir. Bu abidələrin tədqiqi ilə son tunc-ilk dəmir dövrü cəmiyyətlərinin Azərbaycanın cənub bölgəsində məskunlaşma probleminin müəyyənləşəcəyinə ümid edirik”.

A.Ağalarzadə əlavə edib ki, ekspedisiya qrupu qəbir abidələrindəki qazıntılarla yanaşı, ətraf ərazilərin yaşayış məskənlərinin aşkara çıxarılması istiqamətində də çalışacaq.

© xezerxeber.az


294 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR