Hollivud rejissoru yeni dəhşət filmi çəkir

10.07.2017 16:31

"Hellouin” dəhşət filminin müəllifi Con Karpenterin şirkəti "Syfy” telekanalı üçün yeni dəhşət filminin çəkiləcəyini bildirib.

AZƏRTAC "news18.com” saytına istinadla xəbər verir ki, "Hellouin gecəsi nağılları” adlı serialın əsasını C.Karpenterin bir araya gətirdiyi gənc və məşhur müəlliflərin əsərləri təşkil edir. Şirkətdə ssenarist axtarışlarının uzanması filmin çəkilişlərinə başlama vaxtını qeyri-müəyyən edir.

Qeyd edək ki, C.Karpenter hazırda daha bir layihə üzərində çalışır. "Qaranlıq tərəf” adlı serial xəfiyyə Con Teylor haqqında əsərlərin səhnələşdirilməsidir. Baş qəhrəmanın macəraları Londonun yeraltı aləmində baş verir.

© xezerxeber.az


235 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR