Bakı
29 C
USD
EUR
1.7025
1.8579
RUB
GBP
0.0299
2.1950
XƏBƏR
ARXİVİ

"Nə vaxt evlənirsən?" əsəri 90 milyon dollar ucuzlaşıb

07.07.2017 11:44

Fransız rəssam Pol Qogenin "Nə vaxt evlənirsən?" rəsm əsərinin dəyəri birdən-birə 90 milyon ABŞ dolları ucuzlaşıb.

"Nyu-York Tayms”ın verdiyi məlumata görə, dünyanın ən bahalı rəsm əsərinin qiymətdən düşməsinin səbəbi isə alqı-satqı zamanı qiymətin süni surətdə şişirdilməsi olub.

2015-ci ildə Qətərin Qatar Museums dövlət təşkilatı tərəfindən 300 milyon dollara alınan rəsm əsərinin London Ali Məhkəməsində keçirilən dindirilmələr zamanı əslində 210 milyon dollara alındığı üzə çıxıb. Rəsm əsərinin əvvəlki sahibi isə "Sothebys” hərrac evinin əməkdaşı Rudolf Ştexelin olub.

© xezerxeber.az

FOTOQALERIYA






464 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR