Xəzər Xəbər

Elif Şafak Buker mükafatının qısa siyahısına düşüb

Mədəniyyət | 10:18 • 4 Sentyabr 2019
Elif Şafak Buker mükafatının qısa siyahısına düşüb

Londonda Buker mükafatının qısa siyahısı elan olunub.


APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, türk yazıçı Elif Şafak da mükafatın qısa siyahısında yer alır.


Siyahıya əvvəllər Buker almış iki yazıçı da düşüb.


Bu, 2000-ci ildə "The Testaments” romanı ilə Buker almış Kanada yazıçısı Marqaret Etvud və 1981-ci ildə "Gecəyarı uşaqları” romanına görə Buker, daha sonra "Bukerin Bukeri” və "Ən yaxşı Buker” mükafatlarını qazanmış Salman Rüşdidir. Yazıçı bu dəfə mükafatın qısa siyahısına "Quichotte” romanı ilə düşüb.


Bundan başqa, finalçıların siyahısına Lyusi Ellman, Bernardin Evaristo, Çiqozi Obioma kimi yazıçılar daxildir. Ötən il mükafatın sahibi Coxa Alharthi olub.

Xəbər lenti