Xəzər Xəbər

Ermənilər yenə saxtakarlıq etdi - Budəfəki hədəf Gülüstan qalasıdır

Mədəniyyət | 11:07 • 19 İyul 2019
Ermənilər yenə saxtakarlıq etdi -

Ermənilər Azərbaycan mədəniyyətinə aid daha bir tarixi abidəni saxtakarlıq yolu ilə mənimsəməyə çalışıb.

Oxu.Az xəbər verir ki, növbəti hədəfGülüstan qalası olub.

Məsələ ilə bağlı Azər Allahverənov adlı sosial şəbəkə istifadəçisi məlumat paylaşıb.

Paylaşımda deyilir ki, "Vikipediya”nın ingilis dili versiyasında Gülüstan qalasını Dağlıq Qarabağda yerləşən qədim erməni qalası kimi təqdim ediblər.

Təxribat xarakterli materialda bildirilirki, buraya Gülüstan erməni knyazlığının rəhbəri Beqlaryanın iqamətgahı olub.

Qeyd edək ki, Gülüstan qalası Azərbaycanın Goranboy rayonu ərazisində yerləşir. Tam şəkildə dövrümüzədək çatmasa da, müəyyən bürcləri qalıb. Tədqiqatçılar qalanın tikilmə tarixini Qafqaz Albaniyasıdövrünə aid edir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub.

Xəbər lenti