Xəzər Xəbər

Qoşa Qala qapılarında təmir-bərpa ilin sonunadək yekunlaşacaq

Mədəniyyət | 15:26 • 8 İyun 2019
Qoşa Qala qapılarında təmir-bərpa ilin sonunadək yekunlaşacaq

Qoşa Qala qapılarında aparılan bərpa və konservasiya işlərinin bu ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur.


Bunu jurnalistlərə açıqlamasında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) İdarə Heyətinin sədri Əsgər Ələkbərov deyib.


Qoşa Qala qapılarının sonuncu dəfə ötən əsrin 50-ci illərdə bərpa olunduğunu söyləyən Əsgər Ələkbərov deyib: "Yenidən bərpa olunmasının vaxtı çatmışdı. Qala Qapılarının görünüşü olduğu kimi saxlanılaraq bərpasına üstünlük verilir”.


Sədr qeyd edib ki, bu il üçün həm də Qoşa Qala meydanında yerləşən Bakı Xanları Evi Kompleksinin yekunlaşması da nəzərdə tutulub: "Gələn il Buxara və Moltanı karvansaraylarının restavrasiya və konservasiyası planlaşdırılır. Eyni zamanda, "Yaşıl aptek” kimi tanınan Qasım bəy hamamının da bərpaya ehtiyacı var. Lakin yekun tarix gələn ilki dövlət büdcəsinin təsdiqindən asılıdır. Qoşa Qala divarlarının tamamilə bərpası uzun müddət tələb edir. Ən azı 10 ilə yaxın vaxt lazımdır”.

Xəbər lenti