Xəzər Xəbər

Bu rəsm 110 milyon dollara satılıb - FOTO

Mədəniyyət | 14:02 • 15 May 2019
Bu rəsm 110 milyon dollara satılıb -

Məşhur fransız rəssamı, impressionizm üslubunda əsərlər yaradan Klod Monenin rəsmi Nyu-Yorkda "Sotheby's” hərracında rekord qiymətə, 110,7 milyon dollara satılıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə məlumatı hərrac evinin rəsmi saytı yayıb.


"Ot tayası” seriyasından olan əsər, Normandiyada rəssamın yaşadığı evinin yanında, 1890-cı ildə çəkilib.


Qeyd edək ki, məlumatda rəsmin yeni sahibinin adı göstərilmir.

Xəbər lenti