Xəzər Xəbər

Rejissor Georgi Daneliya vəfat edib

Mədəniyyət | 17:46 • 4 Aprel 2019
Rejissor Georgi Daneliya vəfat edib

Rejissor Georgi Daneliya bu gün 88 yaşında vəfat edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyinə rejissorun həyat yoldaşı Qalina Daneliya məlumat verib. Rusiya Kinematoqrafçılar İttifaqından məlumatı təsdiqləyiblər.


Həkimlər fevral ayında xəstəxanaya yerləşdirilən Georgi Daneliyanın həyatı uğrunda mübarizə apararaq onu süni koma vəziyyətinə salmışdılar. Ölümün səbəbi hələlik dəqiqləşdirilməyib.


Georgi Daneliya bir sıra məşhur filmlərin, o cümlədən "Mimino”, "Afonya” kinokomediyalarının rejissorudur.

Xəbər lenti