Xəzər Xəbər

Məşhur britaniyalı aktyor Rayf Fayns qaradərili Ceyms Bond obrazına münasibət bildirib

Mədəniyyət | 16:08 • 16 Mart 2019
Məşhur britaniyalı aktyor Rayf Fayns qaradərili Ceyms Bond obrazına münasibət bildirib

Məşhur britaniyalı aktyor Rayf Fayns Agent 007 haqqında növbəti filmdə qaradərili Ceyms Bond obrazının yaradılması ideyasına münasibət bildirib. 


Bu barədə məlumatı BBC yayıb.


Aktyor deyib ki, yaraşıqlı qaradərili aktyorun bu rolu necə ifa edəcəyini şəxsən görmək istərdi, lakin bu, filmin növbəti seriyasında baş verməyə bilər.


O deyib: "Zənnimcə, biz Bond ideyasına başqa prizmadan yanaşıb, bu rolda hər hansı etnik azlığın nümayəndəsi olan qadın və ya kişi aktyoru çəkə bilərik”. 


R.Fayns eyni zamanda vurğulayıb ki, yeni filmin ssenarisi ilə hələlik tanış deyil.

Xəbər lenti