Xəzər Xəbər

Kventin Tarantino 55 yaşında ilk dəfə ailə həyatı qurub

Mədəniyyət | 14:10 • 29 Noyabr 2018
Kventin Tarantino 55 yaşında ilk dəfə ailə həyatı qurub

Amerikalı rejissor Kventin Tarantino israilli müğənni və model Daniele Piklə ailə həyatı qurub.


AZƏRTAC "People” nəşrinə istinadla xəbər verir ki, bu, 55 yaşlı Tarantinonun ilk evliliyidir. Cütlük noyabrın 28-də Los-Anceles şəhərində nikah bağlayıb.


Əvvəllər Tarantino dəfələrlə ailə həyatını karyerasına dəyişdiyini bildirmişdi. 2009-cu ildə rejissor çəkdiyi filmdən başqa heç nə fikirləşmədiyini, ona maneçilik törədə biləcək həyat yoldaşının və uşaqlarının olmadığını demişdi.


2009-cu ildə İsraildə tanış olan Kventin Tarantino və Daniele Pik 2017-ci ildə nişanlanmışdılar.

Xəbər lenti