Xəzər Xəbər

Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin yeni tərkibi təsdiq edilib

Mədəniyyət | 09:13 • 13 Sentyabr 2018
Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin yeni tərkibi təsdiq edilib

Nazirlər Kabineti Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı və yeni tərkibini təsdiq edib.


Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.


Qərara görə, Mədəniyyət Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:


Kollegiyanın sədri


Azərbaycan Respublikasının mədəniyyət naziri


Kollegiyanın üzvləri:


Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini


Azərbaycan Respublikası mədəniyyət nazirinin müavinləri


Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri


Mədəniyyət Nazirliyi Aparatının rəhbəri


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi


M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru.

Xəbər lenti