Xəzər Xəbər

140 milyon il əvvələ aid dinozavrın ayaq izləri tapılıb

Mədəniyyət | 13:28 • 2 Avqust 2018
140 milyon il əvvələ aid dinozavrın ayaq izləri tapılıb

Alimlər İngiltərənin Dorset bölgəsindəki qayalıq ərazidə dinozavrlara aid ayaq izləri aşkar ediblər.


Xezerxeber.az "Anadolu” agentliyinə istinadla xəbər verir ki, dinozavrın ayaq izlərinin 140 milyon il əvvəlki dövrə aid olduğu bildirilib.


İngiltərənin cənub sahillərində yaşadığı bildirilən dinozavr otyeyən Sauropoda növünə aiddir. Sauropoda növü dinozavrların arasında ən böyükləri kimi səciyyələndirilir. Onların uzunluqları 40 metrə, çəkiləri isə 80 tona çatır.


Ayaq izlərinin zərər verilmədən ortaya çıxarıldığı və muzeydə nümayiş etdiriləcəyi bildirilir.


Eyni bölgədə 1997-ci ildə də 52 dinozavrın ayaq izinə rast gəlindiyi qeyd edilib.


Xəbər lenti