Xəzər Xəbər

Rusiyada XIV əsrə aid qəsr satışa çıxarılıb - FOTO

Mədəniyyət | 16:54 • 20 İyul 2018
Rusiyada XIV əsrə aid qəsr satışa çıxarılıb -

Rusiyanın Kalininqrad vilayətində XIV əsrə aid qəsr satışa çıxarılıb.


Müsabiqədə iştirak ərizəsi avqustun 20-dək qəbul olunur. Obyektin ilkin dəyəri 9,7 milyon rubl təşkil edir.


Baqrationovsk şəhərində yerləşən, dayaq məntəqəsi kimi inşa olunan Preysiş-Eylau qəsri 2017-2019-cu illərdə regional özəlləşdirmə planına daxil edilib.


Tarixi tikili II Dünya müharibəsində elə də ciddi zərər çəkməyib, qəsrin yaşayış hissəsi 1960-cı illərin əvvəlinədək istismarda olub.

Xəbər lenti