Xəzər Xəbər

Beynəlxalq Muzeylər Gününün builki mövzusu açıqlanıb

Mədəniyyət | 13:00 • 6 May 2018
Beynəlxalq Muzeylər Gününün builki mövzusu açıqlanıb

Mayın 18-də qeyd ediləcək Beynəlxalq Muzeylər Günü bu il "Hiperkommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriyalar” mövzusuna həsr olunub.


AZƏRTAC Beynəlxalq Muzeylər Şurasının (ICOM) saytına istinadla xəbər verir ki, builki günün mövzusu muzeylərin ənənəvi auditoriyasını genişləndirmək üçün yüksək texnologiyaların rolunu vurğulamaqdır. Bu baxımdan kolleksiyaların rəqəmsallaşdırılması, sərgilərə multimedia elementlərinin əlavə edilməsi, sosial şəbəkələrdə təcrübə mübadiləsi məsələlərini qeyd etmək olar.


Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Xəbər lenti