Xəzər Xəbər

Əlyazmalar İnstitutu Tehrandan yeni əlyazmalar toplusu əldə edib

Mədəniyyət | 15:46 • 18 Dekabr 2017
Əlyazmalar İnstitutu Tehrandan yeni əlyazmalar toplusu əldə edib

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis Kitabxanasından osmanlı şairlərinin şeirlərindən ibarət bir əlyazma məcmuəsinin surətini əldə edib.

İnstitutdan xezerxeber.az-a bildiriblər ki, 133 səhifədən ibarət topluda əsasən XVI-XVII əsrlərdə yaşamış osmanlı şairləri Xəyali, Baqi, Növi, Nicati, Şeyxülislam Yəhya, Haləti, Nami, Zati, Fəğani, Xudayi, Heyrəti, Ruhi və başqaları ilə bərabər, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin də əsərləri, qəzəllərinə yazılmış, nəzirə və təxmislər mühüm yer tutur. Məcmuə Füzuli yaradıcılığının osmanlı ədəbiyyatına əhəmiyyətli dərəcədə təsir etdiyini bir daha sübut etməkdədir.

Xəbər lenti