Xəzər Xəbər

Səudiyyə Ərəbistanında kinoteatrlar açılır - 35 ildən sonra

Mədəniyyət | 16:53 • 11 Dekabr 2017
Səudiyyə Ərəbistanında kinoteatrlar açılır -

Səudiyyə Ərəbistanında 35 ildən sonra ictimai kinoteatrlar yenidən açılacaq.


Krallığının mədəniyyət və informasiya naziri Avad bin Saleh Al-Avadın sözlərinə görə, artıq lisenziyaların verilməsi başlayıb. Açılış gələn ilin mart ayına planlaşdırılıb.

Xatırladaq ki, Krallıqda filmlərin kütləvi nümayişi 1980-ci illərdə qadağan edilmışdi. Din xadimləri isə gəncləri ictimai və əyləncəli tədbirlərdən imtina etməyə çağırırdılar. Mədəniyyət Nazirliyində bildiriblər ki, kinoteatrların açılması "iqtisadi artım və diversifikasiyanın katalizatoru olacaq".

Xəbər lenti