Xəzər Xəbər

Türkiyədə dörd min il əvvələ aid yazılar tapılıb

Mədəniyyət | 10:16 • 14 Sentyabr 2017
Türkiyədə dörd min il əvvələ aid yazılar tapılıb

Türkiyənin Kayseri şəhərinin mərkəzindən 25 kilometr aralıda yerləşən Kültəpə ərazisində aparılan arxeoloji qazıntılar zamanı üzərində qədim yazılar olan 23 min ədəd gildən düzəldilmiş saxsı list tapılıb.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, arxeoloqlar bu tapıntıların dörd min il əvvələ aid olduqlarını bildirirlər. Hesab edirlər ki, bu listlər Anadolu bölgəsində yaşamış insanların ilk yazı nişanələridir. Bildirilir ki, bu listlərin üzərində eynilə müasir ibtidai siniflərdə istifadə olunan ifadələrə bənzər söz birləşmələrinə də rast gəlinir.

Xəbər lenti