Xəzər Xəbər

Edvard Olbinin art-kolleksiyası hərracda 12 milyon dollar gəlir gətirəcək

Mədəniyyət | 14:49 • 25 Avqust 2017
Edvard Olbinin art-kolleksiyası hərracda 12 milyon dollar gəlir gətirəcək

Amerikalı dramaturq, "Toni” və "Pulitserovski” mükafatları laureatı Edvard Olbinin art-kolleksiyası hərracda 12 milyon dollar gəlir gətirəcək. Bu barədə "The New York Times” agentliyi xəbər verib.

"Sotheby's” hərrac evinin təşkil edəcəyi satış sentyabrın 26-da Nyu-Yorkda keçiriləcək.

Olbinin kolleksiyasından təqdim olunan 100-dən artıq əsər 8-12 milyon dollar arası qiymətləndirilib. Top-lotlar arasında Jan Arpın və Milton Everinin əsərləri də yer alıb.

Əldə olunan vəsait "Edward F. Albee Foundation” fonduna köçürüləcək.

Xatırladaq ki, Olbi 2016-cı ildə 88 yaşında vəfat edib.

Xəbər lenti