Xəzər Xəbər

Şahzadə Diananın xatirəsinə film çəkilib

Mədəniyyət | 13:02 • 24 Avqust 2017
Şahzadə Diananın xatirəsinə film çəkilib

Rejissor Henri Singer Böyük Britaniya şahzadəsi Diananın ölümünün 20-ci ildönümü ilə əlaqədar "Diana. 7 gün” sənədli filmini çəkdiyini elan edib.

"The Sun” nəşrinin məlumatına görə, 90 dəqiqəlik filmdə şahzadə Uilyam və şahzadə Henri bəlkə də "sonuncu dəfə” analarının faciəli ölümü barədə danışıb.

"BBC” kanalında efirə çıxacaq filmdə şahzadələr dəfn vaxtı hansı hissləri yaşamaqları barədə danışacaqlar.

Rejissor, həmçinin bildirib: "Şahzadələrdən hər zaman anaları və onun ölümü barədə soruşulur. Onlar bu filmə çəkilib, suallara cavab verməklə bu məsələyə birdəfəlik son qoymaq qərarına gəliblər”.

Filmin hələ ekranlara çıxmamasına baxmayaraq, bəzi epizodlar artıq mətbuatda dərc edilib.

Xatırladaq ki, şahzadə Çarlzdan rəsmi boşanan Diana 1997-ci il avqustun 31-də Parisdə avtomobil qəzasında həlak olub.

Xəbər lenti