Xəzər Xəbər

Türkiyənin tanınmış aktyoru vəfat edib

Mədəniyyət | 10:17 • 11 İyul 2017
Türkiyənin tanınmış aktyoru vəfat edib

Türkiyənin tanınmış kino və teatr aktyoru Fikrət Hakan vəfat edib.

Xezerxeber.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, aktyor müalicə aldığı İstanbul Xəstəxanasında 83 yaşında dünyasını dəyişib.

Aktyor ağciyər xərçəng xəstəliyindən əziyyət çəkib.

F. Hakan 1934-cü ildə Balıkesir şəhərində anadan olub. Səhnə karyerası 1950-ci ildə "Üç göyərçin” tamaşası ilə başlayıb. İndiyədək 160-dan artıq film və serialda müxtəlif rollar yaradıb.

Aktyorhəm də ssenarist və rejissor kimi fəaliyyət göstərirdi.

Xəbər lenti