Xəzər Xəbər

Məhkəmə Masallının baş həkimi barədə qərar verdi

Hadisə | 17:33 • 24 Yanvar 2021
Məhkəmə Masallının baş həkimi barədə qərar verdi

Binəqədi Rayon Məhkəməsində Masallı rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanın təqdimatına baxılıb.


Hakim Faiq Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.


Qərara əsasən,  C.Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib.


Qeyd edək ki, C.Nəzərov yanvarıın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.


Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib./apa

Xəbər lenti