Xəzər Xəbər

Ağsu aşırımında və Muğanlı dolaylarında çətin anlar yaşanır

Hadisə | 16:15 • 20 Yanvar 2021
Ağsu aşırımında və Muğanlı dolaylarında çətin anlar yaşanır

İsmayıllı və Ağsu rayonlarına yağan qar magistral yolları ağ örpəyə bürüyüb, bəzi yerlər buz bağlayıb.


XəzərXəbər APA-ya istinadən xəbər verir ki, gecə saatlarından başlayaraq dumanlı hava və yağan qar Muğanlı dolaylarında və Ağsu aşırımında nəqliyyatın hərəkətində bir sıra çətinliklərə səbəb olub. Şamaxı-İsmayıllı və Şamaxı-Ağsu rayonlarını birləşdirən bu avtomobil yollarının yüksək dağlıq ərazidən keçən bəzi hissələri, eləcə də Dəmirçi-Lahıc yolu buz bağladığından, avtomobillərin hərəkəti qismən məhdudlaşıb.


Qarın yağması səbəbindən hazırda İsmayıllı və Ağsunun bir neçə dağ kəndinə gediş-gəlişi çətinləşdirib.


Hazırda İsmayıllı və Ağsunun yol istismarı idarələrinin canlı qüvvəsi və ağır texnikaları əraziyə cəlb olunub, yollar qardan təmizlənir, nəqliyyatın rahat hərəkəti üçün yollara duz və qum səpilir. Gecə saatlarında bu yolların yenidən buz bağlayacağı gözlənilir. Buna görə sürücülərə alternativ yollardan istifadə etmələri məsləhət görülür.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti