Xəzər Xəbər

Bakıda mebel və avtomobil təmiri sexi yanıb, bir nəfər xəsarət alıb

Hadisə | 11:31 • 20 Yanvar 2021
Bakıda mebel və avtomobil təmiri sexi yanıb, bir nəfər xəsarət alıb

Bakıda mebel sexi yanıb.


Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. 


Ümumi sahəsi 1000 m² olan mebel sexinin yanar konstruksiyaları və içərisinə yığılan boya məhsulları 40 m² sahədə, bitişik ümumi sahəsi 40 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan ”Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.


Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Xəbər lenti