Xəzər Xəbər

Erməni hərbçilər öz basdırdıqları minaya düşdülər

Hadisə | 16:36 • 19 Yanvar 2021
Erməni hərbçilər öz basdırdıqları minaya düşdülər

Ermənistanın cənubunda Sünik istiqamətində Qarabağ müharibəsi zamanı ölənlərin cəsədlərinin axtarışı zamanı partlayış baş verib.


Bu barədə "Sputnik” Ermənistan məlumat yayıb.


Hadisə Mehri rayonunda qeydə alınıb. Məlumatlara görə, onlar özlərinin basdırdığı minaya düşüblər.


Partlayış nəticəsində axtarışa cəlb olunanlar biri yaralanıb və xəstəxanaya çatdırılıb.

Xəbər lenti