Xəzər Xəbər

Bakıda evdən 1 kiloqramdan çox heroin aşkarlanıb

Hadisə | 14:34 • 15 Yanvar 2021
Bakıda evdən 1 kiloqramdan çox heroin aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatları uğurla davam etdirirlər.


DİN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Z.Əliyev Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Ondan 20 qrama yaxın heroin və metamfetamin aşkarlanıb.


Polis əməkdaşlarının onun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir kiloqramdan çox heroin götürülüb.


Faktla bağlı təhqiqat davam edir.

Xəbər lenti